İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak etmişdir

13 sentyabr 2011, 19:30
İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin kollektivi dövlət başçısını hərarətlə qarşıladı.

Vergilər naziri Fazil Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə yönəlmişdir.

Prezident İlham Əliyev Tədris Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.

Mərkəzdə üç mühazirə auditoriyası yaradılmışdır. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Birinci səviyyə 2 ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə 1-2 həftə ərzində vəzifəli şəxsləri, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli treninq kurslarını əhatə edir. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli şəxslərinin say həddi 30 nəfər müəyyən edilmişdir.

Prezient İlham Əliyevə yaxın gələcəkdə vergi sistemində tətbiq olunacaq yeni nəzarət-kassa aparatları və post-terminallar barədə də məlumat verildi. Qeyd olundu ki, bu avadanlıqlar müasir tələblərə cavab verir və onların istifadəyə buraxılması vergi sistemində həyata keçirilən islahatların daha dolğun yerinə yetirilməsinə geniş imkanlar açacaqdır.

Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir.

Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısına Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein Ragnar Kristensenin videotəbriki təqdim olundu. O, Azərbaycan Prezidentini yüksək standartlara cavab verən bu cür Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik etdi.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hazırda nazirliyin sistemində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir.

Akt zalı ilə tanışlıq zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.

Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış oldu. Bildirildi ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq vardır. Otaqların hər biri yüksək səviyyədə təchiz olunmuş, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılmışdır.

Mərkəzin idman-sağlamlıq kompleksində yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılmış, trenajorlar quraşdırılmışdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də vardır.

Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlətimizin başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, ikimərtəbəli evlərdə hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, burada müəllimlərin yaşaması üçün ayrıca korpus tikilmişdir. Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər vardır. Tədris Mərkəzinin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilmişdir.

Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı İlham ƏLİYEV kollektivlə görüşərək dedi:

- Bu mərkəz bütün yüksək standartlara cavab verir. Mən çox şadam ki, qısa müddət ərzində Vergilər Nazirliyi öz işçiləri və gənc işçilər üçün belə gözəl şərait yaradıbdır. Azərbaycanın gözəl guşəsində, Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdir və uğurumuzun səbəblərindən biridir. Çünki biz çalışırıq ki, bütün işləri möhkəm əsaslar üzərində quraq. Bütün proqramlar, layihələr, irəli sürülmüş təşəbbüslər güclü əsas üzərində reallaşır. O cümlədən ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə” təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Siz də yaxşı bilirsiniz ki, Vergilər Nazirliyində tətbiq edilmiş “bir pəncərə” prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi “elektron hökumət” qaydalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək.

Bu gün açılış zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti təbrik sözlərini bildirdi. Qeyd etdi ki, Azərbaycanda Vergilər Administrasiyasının gördüyü işlər təqdirəlayiqdir. Avropa qurumları ilə də əməkdaşlığımız, o cümlədən bu sahədə münasibətlərimiz səmərəlidir, əlverişlidir və bizə lazımdır. Mən çox şadam ki, Azərbaycanın bugünkü reallıqları həm ölkə sakinləri, həm tərəfdaşlarımız, Avropa nümayəndələri üçün də bu gün görünür, bəyənilir və qiymətləndirilir. Dünən Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyası Bakıda öz işinə başlamışdır. Orada Azərbaycan haqqında, ölkəmizdə görülən işlər haqqında çox müsbət fikirlər səslənmişdir. Mən şübhə etmirəm ki, bu mərkəzdə sizin həmkarlarınız beynəlxalq tədbirlər keçirilən zaman bu binada da gördüyümüz işlər haqqında yaxşı sözlər deyiləcək, bu, artıq reallıqdır. Bu reallıqları biz özümüz yaradırıq, Azərbaycan xalqı yaradır. Dövlət işində işləyən hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bunu etmək üçün bütün başqa keyfiyyətlərlə bərabər, əlbəttə ki, peşəkarlıq səviyyəsi də yüksək olmalıdır. Mən ümid edirəm ki, bu binada tədris ediləcək məsələlər o dərəcədə keyfiyyətli olacaqdır ki, peşəkarlıq səviyyəsi bu binanın xarici görünüşünün səviyyəsinə uyğun gələcəkdir. Bu işlərdə sizə yeni uğurlar, cansağlığı arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20
SƏNƏDLƏR Sərəncamlar 04 iyun 2025
12:36
Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137...

04 iyun 2025, 12:36