İlham Əliyev Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışında iştirak etmişdir

13 sentyabr 2011, 16:45
İlham Əliyev Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsinə gəldi.

Dövlət başçısına məlumat verildi ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri yenilənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak etdi, önünə gül dəstəsi qoydu.

gallery-photogallery-photo