İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib

16 noyabr 2018, 14:15
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verdi. Bildirildi ki, 2013-cü ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkında ötən müddətdə intensiv tikinti-quraşdırma işləri aparılıb, köhnə bina və qurğular sökülüb, müvafiq infrastruktur yaradılıb.

Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verdi. İnşaat kimyəviləri zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri bu şirkətin fəaliyyət istiqamətinə daxildir. Şirkətin məhsullarının əsas tətbiq sahələri kommersiya məqsədli nəqliyyat vasitələri sənayesi, məişət cihazları və sənaye komponentləri, sənaye məqsədli laminasiya, bərpa olunan enerji sənayesi, mexaniki emal və kompozitlər, həmçinin dəniz sənayesidir.

Prezident İlham Əliyev zavodu işə saldı.

2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən “Sikament 300”, “Sikament FF5” və “Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təqribən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz etməyə imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.

X X X

Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır. Parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Sumqayıt Kimya Sənaye Parkının 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 74 faiz məskunlaşma qeydə alınıb. İndiyədək 18 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkının mövcud rezidentlərinin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır. Bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda mövcud layihələr üzrə istehsalatda və tikintidə 7000-dək işçi çalışır.

Sumqayıt Kimya Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir və bu müəssisələr tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixrac edilir. Belə ki, sənaye parkının ilk rezidentlərindən olan “Azertexnolayn” zavodu 2013-cü ildən fəaliyyət göstərir və burada polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Müəssisədə 750-dən çox işçi çalışır. 2017-ci ildə müəssisə üzrə 72 milyon manat dəyərində satış həyata keçirilib ki, bunun təqribən 17 milyon manatı ixracın payına düşür. 2018-ci ilin 9 ayında isə zavod 12,6 milyon manat dəyərində məhsul ixrac edib.

Müxtəlif təyinatlı sənaye məhsullarını istehsal edən “STP” MMC 2014-cü ildən fəaliyyət göstərir və hazırda burada 2000-dən çox işçi çalışır. 2017-ci ildə “STP” tərəfindən 80 milyon manat, bu ilin 9 ayında isə 64,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun 2,9 milyon manatlıq hissəsi ixrac olunub.

Sumqayıt Kimya Sənaye Parkının bir sıra digər rezidentləri də məhsullarını xarici ölkələrə ixrac edirlər. 2017-ci ildə 4 müəssisə - aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrini istehsal edən “MST Engineering Services” MMC, yüksək keyfiyyətli sintetik və yarımsintetik sürtkü yağları istehsal edən “Alco” MMC, pestisidlər və aqro-kimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan” MMC, məlumatların emalı, qeydə alınması və ötürülməsini həyata keçirən “STDC” MMC fəaliyyətə başlayıb. 2018-ci ilin aprelindən elektron təhsil avadanlıqları istehsal edən “Labdisc Azərbaycan” MMC, iyuldan “SOCAR Polymer” MMC-nin polipropilen qurğusu, noyabr ayından şüşə və saxsı məmulatlar istehsal edən “ARCHİ Glass” MMC fəaliyyətdədir. Bu ilin sonunadək daha iki müəssisənin - “SOCAR Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı və karbamid zavodlarının fəaliyyətə başlaması gözlənilir. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunur. Bu günədək sənaye parkının rezidentləri artıq 255 milyon manat məbləğində vergi və gömrük rüsumlarından azad olunublar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 23 iyul 2026
13:30
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

23 iyul 2026, 13:30
SƏNƏDLƏR Fərmanlar 23 iyul 2026
13:25
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun tətbiqi və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il...

23 iyul 2026, 13:25
SƏNƏDLƏR Sərəncamlar 23 iyul 2026
13:15
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 iyul 2026, 13:15
SƏNƏDLƏR Fərmanlar 23 iyul 2026
13:10
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş...

23 iyul 2026, 13:10
SƏNƏDLƏR Qanunlar 23 iyul 2026
13:05
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində...

23 iyul 2026, 13:05
SƏNƏDLƏR Qanunlar 22 iyul 2026
14:26
“Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

22 iyul 2026, 14:26
SƏNƏDLƏR Fərmanlar 22 iyul 2026
14:24
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...

22 iyul 2026, 14:24