İlham Əliyev “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama vermişdir

09 sentyabr 2011, 17:30
İlham Əliyev “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama vermişdir

- Bu gün Fransanın Total şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat vermişlər. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm. Bütün Azərbacan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir.

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdir. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt bizim imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artmışdır. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilərlər.

“Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, “Abşeron” yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilmişdir.

Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır.

Bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz vardır. Yeddi neft-qaz kəmərimiz vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik.

Bizim planlarımız çoxdur. Biz çoxşaxəli ixrac imkanlarımızı genişləndirmək üçün əməli işlərlə məşğuluq. Əminəm ki, bu ilin sonuna qədər bütün tranzit məsələləri də öz həllini tapacaq və beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaqdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır. Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə çox vacib Bəyannamə imzalanmışdır və işçi qrupu yaradılmışdır. Bu gün aparılan danışıqlar, əminəm ki, yaxın zamanlarda yaxşı nəticələrə gətirib çıxaracaqdır. Eyni zamanda, yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmış “Ümid” yatağı da böyük potensiala malikdir. Orada qazın həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında böyüklərin sırasında yer almış “Şahdəniz” yatağında işlər uğurla gedir. “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi ilə əlaqədar bütün hazırlıq işləri aparılır. Xarici tərədaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir.

Eyni zamanda, ölkəmizi qazlaşdırmaq üçün konkret addımlar atılır, bütün bölgələrdə yeni qaz xətləri çəkilir. Qarşıya vəzifə qoyulubdur ki, növbəti iki il ərzində Azərbaycanda bütün qazlaşma məsələləri öz həllini tapsın və beləliklə, Azərbaycan tam şəkildə qazlaşdırılsın. Bu məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib. Azərbaycanın bu sahədəki siyasəti çox düzgündür, dəqiqdir, Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Əminəm ki, gələcəkdə belə şad xəbərlər çox olacaq. Növbəti illərdə digər yataqlarda kəşfiyyat-qazma işləri aparılacaqdır və beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradılacaqdır.

Bu gözəl hadisə ilə əlaqədar mən bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, doğrudan da çox önəmli, çox vacib hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmizin çox böyük imkanları, böyük potensialı və çox gözəl gələcəyi vardır.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20