İlham Əliyev Parlamentlərarası İttifaqın prezidentini qəbul edib

25 oktyabr 2018, 14:10
İlham Əliyev Parlamentlərarası İttifaqın prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib.

Dövlətimizin başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirdi.

Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirdi.

Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20