17:00

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Özünün İsveçrəyə, İsveçrənin dövlət başçılarının isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi əlaqələrin göstəricisi kimi dəyərləndirdi. İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın ölkəmizə səfərinin önəmini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu səfərin uğurlu olacağına əminliyini ifadə etdi.
İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə təbrik etdi. O, ölkələrimiz arasında diplomatik münasibətlərin də məhz 20 il bundan əvvəl yaradılmasının önəmini vurğuladı. Xanım Evelin Vidmer-Şlumpf Prezident İlham Əliyevin İsveçrəyə rəsmi səfərini, Davos İqtisadi Forumunda iştirakını və orada keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırladı. O, əlaqələrimizin inkişafı baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44