İlham Əliyev 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

01 sentyabr 2011, 19:00
İlham Əliyev 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyevə 160 nömrəli məktəbin binasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, binanın iki mərtəbəsi 1908-ci ildə istifadəyə verilib, şagird sıxlığı nəzərə alınaraq üçüncü və dördüncü mərtəbəsi 1960-cı ildə inşa olunub.

Məktəb binasında əsaslı təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilir. Min şagird yeri olan məktəbdə 2300 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Dördmərtəbəli binanın ümumi sahəsi 4927 kvadratmetrdir. Məktəb binasının fasadı tam yenidən qurularaq bərpa edilib.

Əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42