Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb

26 sentyabr 2018, 15:50
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Görüşdə Azərbaycanın Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü rolu oynadığı bildirildi, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, multikultural mühit yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05