11:05
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Senatın sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı səmimiyyətlə salamladı, Azərbaycan-İtaliya münasibətlərini, o cümlədən parlamentlərarası əlaqələri yüksək qiymətləndirdi. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı.
Maria Elisabetta Alberti Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatında keçirilən konfransın əhəmiyyətinə toxunaraq qeyd etdi ki, Azərbaycan ötən əsrin əvvəllərində demokratiya, mütərəqqi ideyaların daşıyıcısı kimi mühüm addımlar atıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirən Maria Elisabetta Alberti Kasellati dedi ki, Heydər Əliyev Fondu İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirir. Bütün bu işlərə görə Mehriban Əliyevaya minnətdarlığını bildirən Senatın sədri bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səmimi görüşə görə təşəkkürünü bildirdi, Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə İtaliya Senatının sədrinə minnətdarlığını ifadə etdi.
Görüşdə vurğulandı ki, İtaliya Prezidentinin bu ilin iyulunda Azərbaycana səfəri əlaqələrimizin səviyyəsinin göstəricisidir. Bu səfər çərçivəsində aparılan səmərəli danışıqlar əlaqələrimizin inkişafına mühüm töhfə verəcək.
Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirildi. Qeyd edildi ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulandı ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.




Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05