İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul etmişdir

31 avqust 2011, 14:00
İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul etmişdir

Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul etmişdir.

Dövlət başçısı Koray Tarqayı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Azərbaycandakı fəaliyyəti dövründə ATƏT-in Bakı ofisi ilə ölkəmizin müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi.

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

gallery-photogallery-photo