İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər

15 sentyabr 2018, 15:00
İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət ediblər.

Burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.

Dövlət başçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdilər.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17