İlham Əliyev NATO Parlament Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12 sentyabr 2018, 14:20
İlham Əliyev NATO Parlament Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev özünün ötən il NATO-nun mənzil-qərargahına səfərini məmnunluqla xatırlayaraq NATO baş katibi ilə və eləcə də Şimali Atlantika Şurasında keçirilən görüşlərdə Azərbaycanın NATO-Azərbaycan əməkdaşlığı və regiondakı rolu barədə çox müsbət fikirlərin söylənildiyini qeyd etdi. Azərbaycan–NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Qətiyyətli Dəstək Missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı NATO Parlament Assambleyasının sədri Paolo Allinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-NATO və eləcə də Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

NATO Parlament Assambleyasının sədri Paolo Alli Prezident İlham Əliyev ilə görüşündən məmnunluq hissi keçirdiyini qeyd edərək Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirdi.

Paolo Alli, eyni zamanda, Azərbaycan-NATO əlaqələrinin inkişafında Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının rolunu vurğuladı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:01
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                    

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə...

19 sentyabr 2026, 14:01
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:00
İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                   

Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbay...

19 sentyabr 2026, 14:00
SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00