İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05 sentyabr 2018, 11:15
İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd etdi və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirdi. Taro Kono Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğuladı, AÇQ üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd etdi və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Nazir daha sonra dedi ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda, dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğuladı. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd etdi və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı Yaponiyanın xarici işlər naziri Taro Kononun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışıldı, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13