Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner-Usmanovadan

31 avqust 2018, 18:45

Çox hörmətli və əziz Mehriban xanım!

Doğum gününüz münasibətilə Ümumrusiya Bədii Gimnastika Federasiyası adından və şəxsən öz adımdan təbriklərimizi və ən xoş arzularımızı qəbul edin!

Biz Sizə - sevimli ölkəsinin həyatında fəal iştirak edən parlaq birinci xanıma, dövlətin Birinci vitse-prezidentinə, Azərbaycanın ənənələrinin və mədəniyyətinin inkişafına qayğı göstərən, buna görə ölkə vətəndaşlarının səmimi hörmətini qazanan istedadlı ictimai xadimə heyranıq.

Sizin sayənizdə milli idman tərəqqi edir. Azərbaycanın gimnast qızları ən yüksək ustalıq səviyyəsini saxlayır və dünyada ən yaxşılar sırasına daxildirlər.

Mənə verilmiş yüksək mükafata görə doğum gününüzdə Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, məni riqqətə gətirib və həmişə çalışacağam ki, Sizin göstərdiyiniz diqqətə layiq olum. Bu xoş gündə Sizi səmimi qəlbdən təbrik edirik, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, sevinc və Azərbaycanın rifahı naminə bütün səylərinizin reallaşmasını diləyirik.

Hörmətlə,

İrina Viner-Usmanova

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti,

Rusiya yığma komandasının baş məşqçisi