İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

31 avqust 2018, 17:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Azərbaycan Respublikasının firavanlığı və rifahı, elm və təhsilin inkişafı, bütün dünyada sülh və əmin-amanlıq uğrunda yorulmadan çalışırsınız. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu kimi Siz insanlara malik olduğunuz çoxşaxəli istedad, müdriklik və xeyirxahlığınızı bəxş edirsiniz. Azərbaycan Respublikasında və Rusiya Federasiyasında səhiyyənin inkişafına göstərdiyiniz qayğı sayəsində Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılmış və özünün tədris, müalicə və elmi fəaliyyətini uğurla davam etdirir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sevinc, sülh və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00