Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb

31 avqust 2018, 16:20
Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yönələn fəaliyyətinə görə ona təşəkkürünü bildirdi. Birinci vitse-prezident Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğuladı. Mehriban Əliyeva iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırdı.

“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi”, - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə etdi. Birinci vitse-prezident Çinin dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu qeyd etdi və bu sahədə birgə fəaliyyət üçün yaxşı imkanların olduğunu söylədi. Nəqliyyat sahəsində mövcud olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın artıq iri mərkəzə çevrildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Asiyaya ən qısa yolun çəkildiyini bildirdi. Həm Azərbaycanın, həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin may ayında təşkilatın mənzil-qərargahında Azərbaycan mədəniyyət günlərinin uğurla keçirildiyini xatırladan Birinci vitse-prezident ölkəmizə dəstəyə və göstərilən yüksək münasibətə görə təşəkkürünü çatdırdı. Mehriban Əliyeva Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə etdi. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirdi.

Görüşün sonunda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35
SƏNƏDLƏR Qanunlar 27 avqust 2026
15:34
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasını...

27 avqust 2026, 15:34
SƏNƏDLƏR Fərmanlar 27 avqust 2026
15:33
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etm...

27 avqust 2026, 15:33
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:29
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regio...

25 avqust 2026, 16:29
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:28
“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyə...

25 avqust 2026, 16:28
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:27
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd ...

25 avqust 2026, 16:27
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:26
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələl...

25 avqust 2026, 16:26