Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

31 avqust 2018, 10:30
Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim olunub

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirdi. Prezident İlham Əliyev elektron imza qoydu. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olundu.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat verdilər.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 30 may 2025
12:16
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının...

30 may 2025, 12:16