İlham Əliyev yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak edib

26 avqust 2018, 10:26
İlham Əliyev yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verdi.

Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılır. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Digər mühüm məqam respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Bu layihələr bütün bölgələri əhatə edir. Yeni salınan Dəmirçi-Lahıc avtomobil yolu bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Bu vəsait hesabına Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.

Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11