İlham Əliyev İslandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23 avqust 2018, 16:25
İlham Əliyev İslandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

Səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Berqlind Asqeyrsdottirin ölkəmizdə müvafiq qurumların rəhbərləri ilə mütəmadi olaraq görüşəcəyinə və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq qurumlarda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Eyni zamanda, dövlətimizin başçısı ticarət və turizm sahələrində də əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayaraq, İslandiyanın və Azərbaycanın gözəl turizm məkanlarının olmasının bunun üçün yaxşı imkan yaratdığını dedi.

Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu bildirərək qeyd etdi ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Səfir paytaxtımızın arxitekturasının onda çox dərin təəssürat yaratdığını dedi. Diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini vurğulayaraq, bu qapıçının dünya çempionatında məşhurlaşdığını dedi və bildirdi ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.

Səfir Berqlind Asqeyrsdottir ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edərək müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 30 may 2025
12:16
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının...

30 may 2025, 12:16