Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə

18 avqust 2018, 21:50

Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur.

Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2018-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55