İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

14 avqust 2018, 18:35

Hörmətli cənab Prezident,

Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk.


Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

və xanımı Mehriban Əliyeva

Bakı şəhəri, 14 avqust 2018-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55