İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşdur

15 avqust 2011, 16:40
İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən etmişlər. XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğramış və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxmışdır. Bu gün bu ərazidə yeni şəhər, yeni Şabran inkişaf edir və böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə və rəvayətlərlə dolu hadisələr qalmışdır. Onları öyrənib üzə çıxarmaq, həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq baxımından rayonda yaradılan tarix-diyarşünaslıq muzeyi mühüm əhəmiyyət daşıyır. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq doğuran çoxlu eksponat vardır. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyatdadır ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məkan kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında maraqlı məlumatlar təqdim edilir.

Məlumat verildi ki, muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer almışdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilmişdir. Ötən il isə bu qədim şəhərin və rayonun tarixi adı özünə qaytarılmışdır.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə “Azərbaycanın əfsanələr paytaxtı” elan olunmuşdur.

Dövlət başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən ümummilli liderin və dövlət başçısının Şabran rayonuna səfərlərini əks etdirən fotoguşələr də vardır. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilmişdir. Rayonun şəhidləri üçün isə ayrıca guşə yaradılmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr vardır. Hazırda rayonda “Pirəbədil”, “Şahnəzərli”, “Zeyrə”, “Pirəbədil-Heyrəti”, “Hacı Qayıb”, “Yeni Çiçi” xalçaları toxunur.

Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlərdə maketinə baxdı. Qeyd edildi ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olmuşdur. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Tarixçilər qeyd edirlər ki, qədim Şabranda yüksək səviyyədə istehsal sahələri olmuş və şəhərsalma prinsiplərinə əməl edilmişdir. O dövrdə məhz Şabran şəhərində məhək daşı istehsal edilmişdir. Məhək daşı ilə qədim dövrlərdə qızılın əyarı müəyyən olunurdu. Bir sözlə, arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 oktyabr 2026
15:30
V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                    

Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğ...

17 oktyabr 2026, 15:30
SƏNƏDLƏR Müraciətlər 16 oktyabr 2026
19:12
Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Hörmətli paralimpiya hərəkatının iştirakçıları!

Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevr...

16 oktyabr 2026, 19:12
SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
16:35
“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hes...

16 oktyabr 2026, 16:35
SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
12:47
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıd...

16 oktyabr 2026, 12:47
SƏNƏDLƏR Fərmanlar 16 oktyabr 2026
12:46
“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

16 oktyabr 2026, 12:46
SƏNƏDLƏR Fərmanlar 15 oktyabr 2026
11:54
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...

15 oktyabr 2026, 11:54