M.P.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03 avqust 2018, 18:01

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Paşa oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2018-ci il.