“Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10 iyul 2018, 18:18

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:

Rövşən Rəhim oğlu İsmayılova

İsa Əli oğlu Nəcəfova.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2018-ci il.