İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

05 iyul 2018, 15:35
İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Dövlətimizin başçısı Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Dünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanın təşəbbüslərinə və səylərinə dəstək verib və Tedros Adhanom Qebreyesusun bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir. Səhiyyənin Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edən dövlətimizin başçısı son illər ölkəmizdə bu sahədə böyük işlərin görüldüyünü, xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini vurğuladı. Prezident İlham Əliyev məmnunluq hissi ilə qeyd etdi ki, hazırda Azərbaycanın hər bir şəhərində bütün lazımi tibbi xidmətləri əhatə edən ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqları fəaliyyət göstərir. Görülən bütün bu işlər orta yaş həddinin artması və uşaq ölümünün azalmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ilk növbədə, prezident seçkilərində qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Tedros Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışdı. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi. Dünya Səhiyyə Təşkilatının baş direktoru ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən yüksək dövlət qayğısından da danışaraq bildirdi ki, bu sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28