Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenadan

28 iyun 2018, 19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Şri-Lankanın hökuməti və xalqı adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Müvəffəqiyyətli seçki zəfəriniz Azərbaycan xalqının Sizin istedadınıza, liderliyinizə olan etimad və inamını əks etdirir. Sizə prezidentliyinizin yeni dönəmində böyük uğurlar arzulayıram.

Şri-Lanka ilə Azərbaycan ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərindən faydalanırlar. Qarşılıqlı faydaya əsaslanan ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə birlikdə işləmək əzmindəyəm.

Zati-aliləri, ən dərin ehtiramımı, möhkəm cansağlığı diləyimi və əmin-amanlığınız üçün xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Maytripala Sirisena

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55