Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən

25 iyun 2018, 18:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizinlə bu il mayın 15-16-da Bakıda baş tutan görüşümüzü böyük məmnunluq hissi ilə xatırlayıram. Bizim kənd təsərrüfatı sahəsində çalışan sahibkarlardan ibarət nümayəndə heyətimizin ölkənizə səfəri çox səmərəli keçdi. Əməkdaşlığımızı bundan sonra da davam etdirməyə və dərinləşdirməyə ümid edirik.

Sizə olan davamlı dəstəyimi və ən xoş arzularımı bildirirəm.

Dərin hörmət və səmimiyyətlə,

Rene Van der Linden

Niderland Krallığı Senatının sabiq sədri,

Avropa Şurası Parlament Assambleyasının fəxri sədri,

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55