İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Əskişəhərdə görüşü olub

12 iyun 2018, 16:40
İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Əskişəhərdə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirildi.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulandı, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edildi.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulandı, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17