Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

11 iyun 2018, 18:25

Hörmətli Vladimir Vladimiroviç,

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dost Rusiya bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll edir. Rusiya beynəlxalq arenada fəal rol oynayır.

Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq diləyirəm.


Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 iyun, 2018-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55