Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə İtaliyanı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətindəki səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2018-ci il.