İsrailin Prezidenti Reuven Rivlindən

29 may 2018, 19:16

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı.

Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm.

Səmimiyyətlə,

Reuven Rivlin

İsrailin Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55