“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

29 may 2018, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, yüksək dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə rifah, sülh və tərəqqi arzulayım.

Sizi əmin edirik ki, Teleradio Şirkətimiz Azərbaycan Respublikasının həyatını və orada baş verən yenilikləri bundan sonra da obyektiv surətdə və geniş işıqlandıracaqdır.

Səmimi hörmətlə,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55