Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylovdan

29 may 2018, 14:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar hadisə təkcə Azərbaycan tarixinin deyil, bütün dünya tarixinin ən parlaq səhifəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olmuşdur və onu yaradan Azərbaycan xalqı azadlıq və müstəqillik sevgisini nümayiş etdirmişdir.

Bu gün Azərbaycan fəal və dinamik inkişaf edir. Respublikanın sənaye potensialı davamlı olaraq modernləşdirilir, ölkənin investisiya cəlbediciliyi artır, əhalinin rifahı gündən-günə yüksəlir – bütün bunlar Sizin iqtisadiyyatın dayanıqlı inkişafına və keyfiyyətli həyat şəraitinin təmin olunmasına yönəlmiş siyasətinizin səmərəliliyinə sübutdur.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq, xoşbəxtlik, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Sergey Mixaylov

Rusiyanın TASS Agentliyinin baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55