Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

29 may 2018, 14:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Xalqınızın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və Sizə yeni Prezidentlik dövründə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya və Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan və ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da güclənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdıraraq möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55