14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin Cənub Qaz Dəhlizinin rəsmi açılışında və XXV Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Amerika Birləşmiş Ştatlarının bu tədbirlərdə belə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirdi və ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini dedi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini ölkələrimiz arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü bildirdi və ABŞ Prezidentinin həmin məktubda əməkdaşlığımızın mühüm istiqamətlərindən olan enerji sahəsində əlaqələrin inkişafı barədə ifadə etdiyi fikirlərin münasibətlərimizin yüksək səviyyəsinin nümunəsi olduğunu vurğuladı.
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə dəvətə görə minnətdarlığını bildirən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsi, həm də, eyni zamanda, Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olundu.
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının...
03 mart 2025, 16:06