“Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

26 may 2018, 14:26

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edəsiniz.

Bu gün Azərbaycan çoxəsrlik ənənələrin qayğı ilə qorunub saxlandığı, xalq müdrikliyinin, xeyirxahlığın, tolerantlığın nəsildən-nəslə ötürüldüyü, xalqın azadlıq və müstəqilliyinə dəyər verildiyi bir ölkədir.

Əminəm ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan iqtisadi tərəqqi yolu ilə bundan sonra da inamla irəliləyəcək, güclü sosial-iqtisadi islahatların nəticələrini bütün dünyaya nümayiş etdirəcək, respublika vətəndaşlarının rifahı və beynəlxalq arenada ölkənin nüfuzu daha da yüksələcəkdir.

Hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mixail Qutseriyev

“Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00