Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilidən

24 may 2018, 19:49

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Ölkənizin və xalqınızın xoşbəxtliyi və rifahı üçün ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ölkənizdə turizm sənayesinin inkişafına göstərdiyiniz şəxsi dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu dəstək Sizin rəhbərlik etdiyiniz hökumətin turizm sahəsinə ölkənin davamlı sosial-iqtisadi inkişafında əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir.

Sizin Sərəncamınızla ölkənizdə Dövlət Turizm Agentliyinin təsis olunması məni çox sevindirdi. Biz artıq Agentliyin sədri ilə əlaqə saxlamışıq və Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyimizi ifadə etmişik.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Zurab Pololikaşvili

Dünya Turizm Təşkilatının baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55