Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

23 may 2018, 19:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.

Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55