BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

23 may 2018, 17:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun bütün heyəti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, mən müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna iz buraxmışdır.

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini, milli dəyərlərini təbliğ edən təşəbbüs və fəaliyyətləri həmişə dəstəkləmişdir. BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq.

Bu möhtəşəm yubileylə bağlı olaraq, biz Şərqin ilk demokratik respublikasına həsr edilmiş “Cümhuriyyətin qurucuları” adlı tədqiqat əsərlərinin, eləcə də “Son iclas” adlı bədii-sənədli filmin ərsəyə gəlməsinə töhfə vermək imkanımızdan böyük iftixar hissi duyuruq.

Cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan xalqının davamlı rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qəri Counz

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55