Ukraynanın Prezidenti Petro Poroşenkodan

23 may 2018, 17:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Düz yüz il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.

Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk.

Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq dərinləşdirilməsini təsdiq edir.

Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

Petro Poroşenko

Ukraynanın Prezidenti

SƏNƏDLƏR Fərmanlar 11 mart 2022
15:16
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 488-VIQD nömrəli Qanununun tətbiqi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci...

11 mart 2022, 15:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2022
15:12
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 mart 2022, 15:12