10:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə...
07 yanvar 2025, 10:58Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkənizin sürətli inkişafını müşahidə etdikcə Sizin gündən-günə gözəlləşən paytaxtınıza heyran oluram, Azərbaycan xalqının növbəti dəfə öz ölkəsinin rəhbərini tamamilə düzgün seçməsinin səbəbini anlayıram.
İlham Heydər oğlu, mən səmimi və açıq danışan insanam. Nə düşünürəmsə, onu da yazıram. Dünyanın ən gözəl və müasir paytaxtlarından birinə çevrilmiş Bakını görəndən sonra şadam ki, Heydər Əliyevin Azərbaycanın gözəl gələcəyi barədə arzuları həyata keçirilir. Geniş yayılmış və o qədər də yaxşı mənada işlənilməyən bir ifadə var – “Moskvanın əli”. İcazə verin, başqa bir ifadədən istifadə edim və onu ən yaxşı mənada işlədim – “Bakının əli”. Parisdə Versal sarayının parkındakı mədəniyyət abidələrinin və Luvrda İslam incəsənəti şöbəsinin bərpasında “Bakının əli”. Berlin qəsrinin bərpası işlərində “Bakının əli”. Romada, Kapitoliya muzeylərində “Filosoflar zalı”nın bərpasında “Bakının əli”. Bakıda olarkən mən təkcə şəhərin deyil, insanların da gözəlləşdiyini gördüm. Onlar daha qəşəng görünürlər. Səliqəli geyinən insanlar müasir avtomobillərdə valehedici yollarda və nadir körpülərdə gəzirlər.
Mən, 50 ildən çox iş təcrübəsi olan kinematoqrafçı kimi, hansı ölkədə olsam, həmin ölkədə həqiqi kinonun olub-olmaması ilə maraqlanıram. Dünyanın bir sıra ölkələrində oxuyan, rəqs edən insanlar görmüşəm. Lakin tamaşaçını valeh edən əsl kino heç də bütün ölkələrdə yoxdur. Mən şadam ki, Azərbaycanda belə kino var! Aprelin axırlarında Bakıda mənə tamaşa etmək xoşbəxtliyi nəsib olmuş Heydər Əliyev haqqında film məni buna inandırdı. Bu film məni valeh etdi! Rusiyada hamı kimi, mən də Heydər Əliyevi görkəmli dövlət xadimi, yeni Azərbaycan dövlətinin banisi kimi tanıyırdım. Heydər Əliyevin həyatının bu filmdə bəhs edilən, Rusiyada məlum olmayan səhifələri sayəsində mən həqiqətən nadir bir şəxsiyyət gördüm! Filmi bizdə, Rusiyada çox məşhur olan və hörmət bəslənən Vaqif Mustafayev çəkib. O, dünya kinematoqrafında da çoxsaylı beynəlxalq festivalların mükafatlarının sahibi kimi məşhurdur. Vaqifin filmi məni – 70-dən çox filmin müəllifini elə ilk kadrlardan cəlb etdi. Bu filmə baxdıqca həmin əsərin qəhrəmanına o dərəcədə yaxınlıq hiss etdim ki, filmin sonuna qədər ona görə həyəcan keçirirdim. Onun düşmənləri mənim düşmənlərim, onun qələbələri mənim qələbələrim oldu.
Düşünürəm ki, bu filmin bütün gələcək tamaşaçıları onların milli mənsubiyyətindən asılı olmayaraq, özlərini filmin qəhrəmanına bənzədəcəklər. Ona görə ki, bu filmin ağıllı, nəcib, igid və cəlbedici qəhrəmanı ölkənin təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanmaqla bərabər, həm də günahsız insanları xilas edir. Yeri gəlmişkən, Vaqifin ssenarisi belə də adlanırdı – “İnsanları xilas etməyə gəlirəm”. Məni sevindirən bu oldu ki, filmin ərsəyə gəlməsində Rusiyanın çoxsaylı məşhur kino xadimləri və tanınmış aktyorlar məmnuniyyətlə iştirak ediblər. Bu film özünün yüksək bədii və texniki səviyyəsinə görə, heç şübhəsiz, dünya səviyyəli kinematoqraf əsəridir. Buna görə də eşidəndə ki, Hollivud bu filmin yaradılmasına qoşulub, əsla təəccüblənmədim.
Hörmətli İlham Heydər oğlu, bu film Sizin rəhbərlik etdiyiniz ölkənin həyatının bütün sahələrində, o cümlədən incəsənətdə də qazandığınız nailiyyətlərin daha bir parlaq sübutudur.
Hörmətlə,
Aleksandr Borodyanski,
Kinodramaturq, kinorejissor, Rusiya Kinematoqrafiya Sənəti və
Elmləri Akademiyasının vitse-prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi,
RSFSR-in və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə...
07 yanvar 2025, 10:58Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli...
06 yanvar 2025, 19:06Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər...
06 yanvar 2025, 17:21Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və...
06 yanvar 2025, 16:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan...
06 yanvar 2025, 16:38Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər...
05 yanvar 2025, 13:05Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə...
02 yanvar 2025, 17:44Hörmətli cənab Sədr,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi...
01 yanvar 2025, 11:10Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
01 yanvar 2025, 11:08