16:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.
10 may 2024, 16:30Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Dünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlığını insanların sağlamlığı, eləcə də onların milli və qlobal səviyyədə əmin-amanlığı naminə daha da möhkəmləndirmək barədə niyyətini Sizə bir daha bəyan etməkdən şərəf hissi duyuram.
Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu il iyulun 4-dən 6-dək Sizin ölkənizə səfər edəcəyəm və bu səfər zamanı Sizinlə görüşməkdən böyük şərəf hissi duyacağam. Rəhbərlik etdiyim təşkilat ölkənizin Xarici İşlər, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyi, Dünya Səhiyyə Təşkilatının Avropa regional ofisi və ölkənizdəki ofisi ilə Azərbaycan və Dünya Səhiyyə Təşkilatı üçün qarşılıqlı faydalı olan proqramın işlənib hazırlanmasında və gözlədiyi nəticələrin əldə olunması istiqamətində sıx əməkdaşlıq edəcək. İyul ayında Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Tedros Adxanom Qebreyesus
Dünya Səhiyyə Təşkilatının baş direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.
10 may 2024, 16:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
10 may 2024, 16:20Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
10 may 2024, 16:10