11:05

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb.
UNESCO-nun baş direktoru Odre Azule Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu tədbir Koişiro Matsuuranın 80 illiyi ilə yanaşı, ümumiyyətlə, UNESCO-nun missiya, məqsəd və fəaliyyətini təcəssüm etdirir.
Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə UNESCO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr verib.
Mehriban Əliyeva Azərbaycan mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirdi.
Birinci vitse-prezident Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirildi. Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirdi. O vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.
Birinci vitse-prezident Mehriban Əliyeva baş direktor Odre Azuleni Azərbaycana səfərə dəvət etdi.



Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05