Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Sensberdən

09 may 2018, 14:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, 2015-ci ildə Bakıda birinci Avropa Oyunları keçirilərkən mənə Beynəlxalq Paralimpiya Komitəsinin indiki prezidenti Endrü Parsonla birlikdə Sizinlə görüşmək şərəfi nəsib olmuşdur.

Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq zamanı, cənab Prezident, Sizin və birinci xanım Mehriban Əliyevanın paralimpiya idmançılarına və fiziki qüsurlu uşaqlara göstərdiyiniz diqqət və qayğının şahidi olmuşam və bunu yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizə və ailənizə, həmçinin Azərbaycan xalqına qarşıdakı illərdə bol-bol uğurlar və firavanlıq arzulayıram.

Hörmətlə,

Entoni Sensber

Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55