Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantinodan

03 may 2018, 19:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti kimi öz adımdan və bütün futbol ictimaiyyəti adından təbrik edirəm.

İnanıram ki, son illərdə Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına verdiyiniz mühüm töhfələr, idarəçilik qabiliyyətiniz və yüksək insani keyfiyyətləriniz Azərbaycan Respublikasının Prezidenti kimi qarşınızda duran vəzifələrin həllində Sizə kömək edəcək və ölkənizin sabit inkişafına müsbət təsir göstərməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, həmçinin ölkənizdə futbolun geniş yayılmasını təmin etmək, eləcə də futbolun müxtəlif mədəni və ictimai maneələrin aradan qaldırılmasında əhəmiyyətini nümayiş etdirmək və bu idman növünü hamı üçün əlçatan etmək istiqamətindəki səylərinizə və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən qısa zamanda yenidən görüşüb Sizi şəxsən təbrik etməyi arzulayıram.

Hörmətlə,

Canni İnfantino

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55