Avropa Parlamentinin deputatı, Paris şəhərinin 7-ci rayonunun meri, sabiq ədliyyə naziri Rəşidə Datidən

02 may 2018, 18:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yenidən Sizə etimad göstərməsi liderliyinizi bir daha təsdiqləyir. Bu, Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadi və sosial tərəqqi istiqamətində görülən işlərin xalqınız tərəfindən dəstəkləndiyini sübut edir. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar xarici investorların cəlb edilməsinə, yerli məhsulların ixracının artırılmasına və Azərbaycanda iqtisadiyyatın daha sürətli, davamlı inkişafına xidmət edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş gələcək illərdə iqtisadi, sosial və siyasi əməkdaşlığımızı gücləndirməyə imkan verməlidir. 2017-ci ilin fevral ayında Brüsselə səfəriniz bu yeni iddialı sazişlə bağlı danışıqlar üçün dönüş nöqtəsi oldu. Sizin yenidən Prezident seçilməyiniz Avropa və Azərbaycanın marağında olan danışıqları tez bir zamanda davam etdirməyə imkan yaradacaq.

Cənab Prezident, Sizi Azərbaycan dövləti və xalqı üçün həyata keçirməkdə davam edəcəyiniz siyasəti daim dəstəkləyəcəyimə əmin edirəm.

Zati-aliləri, Sizə ən səmimi salamlarımı çatdırıram.

Hörmətlə,

Rəşidə Dati

Avropa Parlamentinin deputatı,

Paris şəhərinin 7-ci rayonunun meri, sabiq ədliyyə naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55