21:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
Görüşdə Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdilər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dedilər.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını dedi.
Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olundu. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06