ATƏT-in baş katibi Tomas Qremingerdən

25 aprel 2018, 19:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına uzun müddətdir ki, göstərdiyi sadiqlik yüksək təqdirə layiqdir. Mən ölkənizin bütün vətəndaşları üçün demokratik, təhlükəsiz və sabit şərait yaradılmasında Sizin səylərinizi yüksək dəyərləndirirəm.

ATƏT hərtərəfli təhlükəsizlik və təşkilatın öhdəliklərinin icrası məsələlərində Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik və onun xüsusi nümayəndələrinin ATƏT-in Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması səylərinə dəstək vermək niyyətinə sadiqdir.

ATƏT, həmçinin Azərbaycanda demokratik idarəçilik, təhlükəsizlik və iqtisadi tərəqqi sahələrində islahatların daha da gücləndirilməsinə hər an dəstək verməyə hazır olduğunu bildirir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Tomas Qreminger

ATƏT-in baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55