İslam İnkişaf Bankı Qrupunun prezidenti dr. Bandar Haccardan

25 aprel 2018, 18:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz böyük Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və həmçinin dövlətinizin misilsiz uğurlarına verdiyi yüksək qiymətin təsdiqidir.

Bu xoş fürsətdən istifadə edərək İslam İnkişaf Bankı Qrupuna göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, İslam İnkişaf Bankı Qrupu Zati-alinizin təşəbbüslərini və Azərbaycan hökuməti ilə əməkdaşlığın Azərbaycan Respublikasının sosial və iqtisadi inkişafı, xalqın rifahı naminə gücləndirilməsini dəstəkləməyə hazırdır.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Dr. Bandar Haccar

İslam İnkişaf Bankı Qrupunun prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55