Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan

25 aprel 2018, 16:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyi naminə möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hər zaman hazır olduğumu bildirirəm.

Cənab Prezident, icazə verin, Sizə bir daha öz dərin ehtiramımı bildirim.

Hörmətlə,

Əbdüləziz Buteflika

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55